Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Tokio, 15 iyun , /AJMEDIA/

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də Fəxri xiyabana gəlib.
AJMEDIA xəbər verir ki, Məhəmməd Şahbaz Şərif xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts