Pakistandakı şiə məscidinə terror hücumunun məsuliyyətini İŞİD üzərinə götürüb

Tokio, 5 mart , /AJMEDIA/

Pakistanın Peşavar şəhərində şiələrə aid məscidə terror hücumunun məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb.

AJMEDIA Anadolu Agentliyinə istinadla xəbər verir ki, yerli mediada yayılan məlumatlara görə Kucha Risaldar məscidində dünən cümə namazı zamanı törədilən partlayış nəticəsində ölənlərin sayı 57 nəfərə çatıb, 200 nəfərə yaxın insan yaralanıb.

İŞİD terror qruplaşması sosial media hesabındakı paylaşımda hücumun məsuliyyətini öz üzərinə götürdüyünü bildirib.

Pakistanın Baş naziri İmran xan məscidə edilən hücumu pisləyib və yaralılara təxirəsalınmaz tibbi yardım göstərilməsini təmin etməyi tapşırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts