Pakistanda baş vermiş yol qəzası nəticəsində 12 nəfər ölüb, yaralananlar var

Tokio, 15 aprel, /AJMEDIA/

Pakistanda Xayber-Paxtunxva əyalətində yüksək sürətlə gələn qoşqu mikroavtobusun üzərinə aşıb. Qəza nəticəsində 12 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

AJMEDIA xəbər verir ki, hadisə yerinə dərhal təcili tibbi yardım briqadası gəlib və yaralıları müalicə üçün yaxınlıqdakı xəstəxanaya çatdırıblar.

Polis yaralı vəziyyətdə qoşqu sürücüsünü həbs edib və hadisə ilə bağlı araşdırmalara başlayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts