Pakistan Prezidenti: Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstəyi davam etdirəcəyik

Tokio, 26 may , /AJMEDIA/

Son otuz ildə ölkələrimiz arasında qardaşlıq əlaqələri xüsusilə iqtisadiyyat və ticarət, mədəniyyət, təhsil, eləcə də müdafiə sahələrində dərinləşən çoxsahəli əməkdaşlığımız əsasında möhkəmlənmişdir. Pakistan sınaqlar zamanı qürurla Azərbaycanın yanında olmuşdur. Pakistan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə öz dəstəyini göstərməkdə davam edəcəkdir.
AJMEDIA xəbər verir ki, bu fikirlər Pakistan İslam Respublikasının Prezidenti Arif Alvinin Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda yer alıb.
Dövlətimizin başçısına Müstəqillik Günü münasibətilə böyük məmnunluqla ən xoş arzularını çatdıran Arif Alvi əlavə edib: “Mən, həmçinin uzaqgörənliyi və müdrik rəhbərliyi ilə Azərbaycanı uğur və tərəqqi yoluna çıxarmış Ümummilli Liderin xatirəsinə dərin ehtiram bəsləyən, “Heydər Əliyev İli”ndə onun 100 illik yubileyini qeyd edən Azərbaycan xalqını təbrik edirəm. Əminəm ki, xalqlarımızın rifahı naminə ikitərəfli əməkdaşlığımızı daha da genişləndirmək üçün Sizinlə işləməkdə davam edəcəyik”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts