Tokio, 29 yanvar, /AJMEDIA/
“Apple TV Plus”da martın 25-də dünya miqyasında ekranlaşdırılacaq yeni dram serialı “Pachinko”dan ilk fotogörüntüləri yayımlayıb.
AJMEDIA xəbər verir ki, səkkiz seriyalı filmin növbəti bölümləri aprelin 29-dək hər həftənin cümə günü nümayiş olunacaq.
Filmdə baş rollarını “Oskar” mükafatçısı Youn Yuh Jung, koreyalı məşhur aktyor Lee Min-ho, “Broadway” ulduzu Jin Ha ifa edirlər.
Koreya, yapon və ingilis dillərində təqdim olunacaq “Pachinko” müxtəlif nəsillərdən olan koreyalı mühacir ailə üzvlərinin həyatına diqqət yetirir.