“Pəncə-Kilit” əməliyyatında son üç ayda 290 terrorçu zərərsizləşdirilib

Tokio, 24 iyul , /AJMEDIA/

Türkiyə Silahlı Qüvvələri tərəfindən keçirilən “Pəncə-Kilit” antiterror əməliyyatı nəticəsində son üç ayda 290 PKK terrorçusu zərərsizləşdirilib.
AJMEDIA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, bu dövr ərzində bölgədə terrorçulara aid çox sayda silah-sursat, eləcə də gündəlik tələbat mallarının olduğu 330 mağara və bunker məhv edilib.
Xatırladaq ki, İraqın şimalında “Pəncə-Kilit” şərti adı altında aparılan əməliyyat bu il aprelin 17-də başladılıb.
Əməliyyat davam edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts