Özbəkistanda Şavkat Mirziyoyevin prezidentliyə namizədliyi qeydə alınıb

Tokio, 5 iyun , /AJMEDIA/

Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) iyunun 5-də keçirilən növbəti iclasında dövlət başçısı postuna növbədənkənar seçkilərdə prezident Şavkat Mirziyoyevin namizədliyi qeydə alınıb.
AJMEDIA xəbər verir ki, MSK, həmçinin ölkənin siyasi partiyalarının irəli sürdüyü daha üç namizədin qeydə alınması prosesini yekunlaşdırıb.
Aprelin 30-da Özbəkistanda konstitusiyaya düzəlişlər üzrə referendum keçirilib və prezidentin səlahiyyət müddəti beş ildən yeddi ilə qaldırılıb. Konstitusiya düzəlişləri həm də hazırkı dövlət başçısı Şavkat Mirziyoyevə uçucu müddətə namizədliyini irəli sürmək imkanı verib. Mayın 8-də Özbəkistan Prezidenti dövlət başçısı postuna növbədənkənar seçkilərin keçirilməsi barədə fərman imzalayıb.
Ölkənin Seçki Məcəlləsinə uyğun olaraq, Ədliyyə Nazirliyində qeydiyyatdan keçən bütün siyasi partiyaların prezidentliyə namizəd irəli sürmək hüququ var.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts