Özbəkistanda növbədənkənar prezident seçkiləri iyulun 9-na təyin olunub

Tokio, 8 may , /AJMEDIA/

Özbəkistanda növbədənkənar prezident seçkiləri 2023-cü il iyulun 9-da keçiriləcək.
AJMEDIA xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat katibi Şerzod Asadov özünün “Telegram” kanalında yazıb. Onun sözlərinə görə, Prezident Şavkat Mirziyoyev müvafiq fərmanı bir qədər öncə imzalayıb.
Xatırladaq ki, aprelin 30-da Özbəkistan konstitusiyasına düzəlişlər üzrə referendum keçirilib. Düzəlişlər arasında prezidentin səlahiyyət müddətinin beş ildən yeddi ilə qaldırılması da var. Beləliklə, hazırkı dövlət başçısı Şavkat Mirziyoyevin müddəti sıfırlanacaq və o, namizədliyini bir daha irəli sürə biləcək.
Şavkat Mirziyoyev 2016-cı ilin dekabrından Özbəkistan prezidentidir. 2021-ci ilin oktyabrında ikinci müddətə ölkə Prezidenti seçilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts