Özbəkistanda elektromobil idxalı altı dəfə artıb

Tokio, 6 noyabr , /AJMEDIA/

Cari ilin on ayı ərzində Özbəkistana 22,5 minə yaxın elektromobil idxal olunub. Bu, ötən ilin analoji dövrü ərzində qeydə alınan göstəricidən altı dəfə çoxdur.

AJMEDIA Özbəkistan mediasına istinadla xəbər verir ki, 2023-cü ilin yanvar-oktyabr aylarında ölkəyə 582,3 milyon dollar həcmində 22,49 min elektromobil gətirilib. Bu, 3,68 min elektromobilin idxal edildiyi ötən ilin analoji dövrü ilə müqayisədə 6,1 faiz çoxdur. Təkcə son üç ayda ölkəyə 365,3 milyon dollar dəyərində 15,1 min elektromobil idxal edilib.

Özbəkistana əsas elektromobil tədarükçüsü Çindir. 2023-cü ildə ÇXR bu ölkəyə 20,64 min elektromobil ixrac edərək 91,7 faizlik paya sahib olub.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev yaxın iki il ərzində ölkədə elektromobillərin populyar modellərinin istehsalının qurulması, həmçinin dayanacaqlarda, yanacaqdoldurma məntəqələrində və magistral yollarda 2 min enerjidoldurma aparatının quraşdırılması barədə göstəriş verib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts