Özbəkistan Ukraynadan 4359 vətəndaşını təxliyə edib

Tokio, 8 mart , /AJMEDIA/

Martın 7-dək “Uzbekistan Airways” aviaşirkəti Ukraynadan Polşanın Katovitse şəhəri vasitəsilə Daşkəndə 19 aviareys həyata keçirib və ümumilikdə 4359 Özbəkistan vətəndaşı təxliyə olunub.

AJMEDIA Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, martın 7-8-də isə Daşkəndə 674 vətəndaş gətirilib. Onların 109-u qadın, 52-si uşaq, 12-si körpədir.

Bildirilib ki, hazırda Katovitse hava limanında 350 Özbəkistan vətəndaşı qalır və bu günün sonunadək daha bir reysin həyata keçirilməsi gözlənilir.

Qeyd edək ki, Özbəkistan vətəndaşları Ukraynanın şəhər və qəsəbələrindən avtobuslarla Polşanın Katovitse şəhər hava limanına aparılır, oradan isə Vətənə yola salınır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts