Tokio, 4 dekabr , /AJMEDIA/
Özbəkistan Ali Məclisi Senatının Aparat rəhbəri Qüdrət Nurullayevin başçılıq etdiyi nümayəndə heyəti dekabrın 4-də Fəxri xiyabana gələrək, Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə gül dəstələri düzüb.
AJMEDIA xəbər verir ki, sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.
Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən Özbəkistan nümayəndə heyətinin üzvlərinə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.