Özbəkistanda “Yurduna qayıdan laçınlılar” adlı məqalə dərc edilib

Tokio, 27 avqust, /AJMEDIA/

Özbəkistanın “Jadid” qəzetində “Yurduna qayıdan Laçınlılar” adlı məqalə dərc edilib.

AJMEDIA xəbər verir ki, buil avqustun 1-dən 7-dək Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Diaspor Gənclərinin V Yay Düşərgəsinə həsr edilən məqalənin müəllifi düşərgənin Özbəkistandan gəlmiş iştirakçısı Şahriyor İbrahimovdur.

Məqalədə ölkəmiz haqqında məlumat verilib, düşərgəyə 60 ölkədən 115 gəncin qatıldığı və onların sırasında həm azərbaycanlıların, həm də ölkəmizə dost münasibəti bəsləyən digər xalqların nümayəndələrinin olduğu vurğulanıb.

Qeyd edilib ki, düşərgə iştirakçısı gənclər Bakıda Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin, Birinci və İkinci Şəhidlər xiyabanlarında Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirələrini ehtiramla anıblar.

Məqalədə 7 gün ərzində şəhid ailələri və qazilərlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlər ilə keçirilən görüşlərdən, Xankəndi, Xocalı və Şuşaya edilən səfərlərdən, maraqlı panel və seminarlardan bəhs olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts