Tokio, 25 avqust , /AJMEDIA/
Otuz bir il əvvəl Şuşada – Daşaltı uğrunda gedən döyüşlərdə şəhid olan Nurəli Abdullayev paytaxtın Suraxanı rayonunun Bülbülə qəsəbəsində Şəhidlər xiyabanında torpağa tapşırılıb.
AJMEDIA xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, Müdafiə Nazirliyinin, rayon ictimaiyyətinin nümayəndələri, sakinlər, qazilər, media nümayəndələri iştirak ediblər.
Şəhid Nurəli Abdullayev əsgəri ənənələrə uyğun olaraq yaylım atəşi və Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidlərimizin ruhuna dualar oxunub, xalqımıza və dövlətimizə sülh və əmin-amanlıq arzulanıb, şəhidin məzarına tər güllər düzülüb, Suraxanı Rayon İcra Hakimiyyətinin adından əklil qoyulub.
Qeyd edək ki, şəhid Nurəli Abdullayev Şuşa rayonunun Daşaltı kəndi ərazisində qalıqları aşkar edilmiş yeddi nəfərdən biridir