Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 19 yoluxma faktı qeydə alınıb

Tokio, 13 noyabr , /AJMEDIA/

Noyabrın 6-dan 12-nədək Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 19 yoluxma faktı qeydə alınıb, 27 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AJMEDIA-ya verilən məlumata görə, ötən həftə analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 834 min 114 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 823 min 716 nəfər müalicə olunaraq sağalıb, 10 min 361 nəfər vəfat edib. Aktiv xəstə sayı 37 nəfərdir.

Son həftədə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 449, bu günə qədər isə ümumilikdə 7 milyon 708 min 883 test icra olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts