Tokio, 21 noyabr , /AJMEDIA/
Son 25 ildə SPECA iştirakçısı olan ölkələrin ÜDM-i 10 dəfə, qarşılıqlı ticarəti isə 50 faiz artıb.
AJMEDIA xəbər verir ki, bunu Özbəkistanın investisiya, sənaye və ticarət nazirinin müavini Bədriddin Abidov deyib. O bildirib ki, ötən il Özbəkistanın SPECA ölkələri ilə ticarət dövriyyəsi 8 milyard dollar təşkil edib.
“Bu ilin on ayında isə bu göstərici 15 milyard dollar olub. 2024-cü ildə Özbəkistanda ticarətin asanlaşdırılması ilə bağlı forum keçiriləcək və bütün ölkələri bu foruma dəvət edirəm”, – deyə özbək nazir müavini vurğulayıb.