Tokio, 4 sentyabr , /AJMEDIA/
Avqustun 28-dən sentyabrın 3-dək Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 130 yoluxma faktı qeydə alınıb, 108 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AJMEDIA-ya verilən məlumata görə, ötən həftə analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 832 min 312 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 881 nəfər müalicə olunaraq sağalıb, 10 min 302 nəfər vəfat edib. Aktiv xəstə sayı 129 nəfərdir.
Son həftədə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 744, bu günə qədər isə ümumilikdə 7 milyon 674 min 567 test icra olunub.