Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 126 yoluxma faktı qeydə alınıb

Tokio, 11 sentyabr , /AJMEDIA/

Sentyabrın 4-dən 10-dək Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 126 yoluxma faktı qeydə alınıb, 123 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AJMEDIA-ya verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 832 min 438 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 822 min 4 nəfər müalicə olunaraq sağalıb, 10 min 302 nəfər vəfat edib. Aktiv xəstə sayı 132 nəfərdir.

Son həftədə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 909, bu günə qədər isə ümumilikdə 7 milyon 677 min 476 test icra olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts