Tokio, 16 fevral, /AJMEDIA/
Pandemiya dövründə itirilmiş izləyiciləri yenidən qaytarmaq üçün “Oskar” mükafatlarında “İzləyicinin seçimi” nominasiyası yaradılıb.
AJMEDIA xarici KİV-ə istinadla xəbər verir ki, bu nominasiya üzrə tviter şəbəkəsində ən çox səs toplamış film qalib seçiləcək.
Qalib filmi seçən üç nəfər izləyici qarşıdan gələn “Oskar” mükafatlarının təqdimetmə mərasiminə dəvət olunacaq.