Tokio, 17 Noyabr, /AJMEDIA/
Noyabrın 16-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106035881 ISIN-li, 10 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AJMEDIA-ya bildirilib ki, hərrac zamanı 13 investor tərəfindən qiymət intervalı 94.6714 AZN (7 faiz) və 102.5163 AZN (4.1 faiz) olan 22 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 101.6691 AZN (4.4 faiz), orta ölçülmüş qiyməti 101.9502 AZN (4.3 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 63 milyon 238 min 700 manat, yerləşdirilmiş həcmi isə 10 milyon manat təşkil edib. İstiqrazlar 2024-cü il noyabrın 12-də ödəniləcək. Hərrac iştirakçıları noyabrın 17-dək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.