Opera və Balet Teatrında bir gündə iki səhnə əsəri göstəriləcək

Tokio, 1 aprel , /AJMEDIA/

Aprelin 2-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində görkəmli bəstəkarlar – Dmitri Şostakoviçin “Xanım və Xuliqan” və Moris Ravelin isə “Bolero” baletləri eyni gündə nümayiş olunacaq.
Bu barədə AJMEDIA-ya teatrdan bildirilib.
Qeyd edilib ki, hər iki operaya baxmaq istəyən tamaşaçılar bir bilet almaqla səhnə əsərini izləyə bilərlər.
“Xanım və Xuliqan” baletində solistlər Yuliya Ferştandt, Timur Oduşev, Faiq Qubatov və Nigar Əliyeva iştirak edəcəklər.
“Bolero” baletində isə rolları Əməkdar artistlər Anar Mikayılov, Makar Ferştandt, Elmira Süleymanova. solistlər Seymur Qədiyev, Yuliya Ferştandt, Leyla Narimanidze, Dinara Şirinova, Dilarə Mehdiyeva, Səbinə Hacıdadaş, Edvard Arazov, Nurlan Mərdanov canlandıracaqlar.
Səhnə əsəri dirijor Orxan Həşimov tərəfindən idarə olunacaq.
Biletləri teatrın kassası ilə yanaşı, şəhərin bütün kassalarından və iticket.az saytından əldə etmək olar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts