“Onlayn Azərbaycan” layihəsi çərçivəsində 99,4 faiz ev, mənzil və biznes subyekti yüksəksürətli internetlə əhatə olunub

Tokio, 28 noyabr, /AJMEDIA/

“Onlayn Azərbaycan” layihəsi çərçivəsində görülmüş işlər nəticəsində 2,965.3 min və ya 99,4 faiz ev, mənzil və biznes subyekti yüksəksürətli, sabit genişzolaqlı internet xidmətləri ilə əhatə olunub.

AJMEDIA xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov rəsmi səhifəsində məlumat verib.

O qeyd edib ki, layihə üzrə təkcə son 12 ay ərzində əlavə olaraq 1,445.9 min ev, mənzil və biznes subyektinin yüksəksürətli, sabit genişzolaqlı internet xidmətlərinə çıxış imkanlığı təmin edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts