Ombudsman: Ermənistanın siyasi rəhbərliyi Azərbaycana qarşı nifrət və dözümsüzlük siyasətini davam etdirir

Tokio, 31 iyul , /AJMEDIA/

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Ermənistanın ölkəmizə qarşı nifrət və dözümsüzlük siyasətinə münasibət bildirib.
AJMEDIA xəbər verir ki, ombudsmanın məsələ ilə bağlı açıqlamasında deyilir: “Son günlər sosial şəbəkələrdə erməni istifadəçilər tərəfindən azərbaycanlılara qarşı nifrət dolu təhqirləri əks etdirən mesajlar bir daha onu göstərir ki, Ermənistanın siyasi rəhbərliyi Azərbaycana qarşı nifrət və dözümsüzlük siyasətini davam etdirməkdədir.
Əvvəlki bəyanatlarımızda da qeyd etdiyimiz kimi, Qarabağda yaşayan erməni əsilli vətəndaşların hüquqlarının təmin edilməsi məsələsi Azərbaycan dövlətinin yurisdiksiyasındadır.
Ermənistan ombudsmanının bu məsələ ilə bağlı əsassız iddiaları tamamilə yersizdir və başqa ölkənin suverenliyinə müdaxilədir.
Bütün bunlara baxmayaraq, Ermənistan siyasi rəhbərliyinin dəstəyi ilə mətbuatda hadisələrin qərəzli şəkildə şişirdilməsi, insanlar arasında nifaq salınması regionda dayanıqlı sülh prosesinə mane olur və eyni zamanda, mövcud vəziyyətin daha da gərginləşməsinə xidmət edir”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts