Ölkənin bəzi yerlərində leysan yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir

Tokio, 19 may , /AJMEDIA/

Azərbaycanda mayın 20-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AJMEDIA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 12-16°, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 millimetr civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 faiz, gündüz 45-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16°, gündüz 22-27° isti, dağlarda gecə 3-8°, gündüz 8-13° isti olacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts