Ölkə ərazisində müşahidə olunan küləkli hava fevralın 6-sı günün ikinci yarısınadək davam edəcək

Tokio, 5 fevral , /AJMEDIA/

Fevralın 5-i saat 15:00-a olan məlumata əsasən ölkə ərazisində arabir güclənən cənub-qərb küləyi müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən AJMEDIA-ya bildirilib ki, küləyin maksimal sürəti: Bakıda və Abşeron yarımadasında, eləcə də Qobustanda 21 metr/saniyə, Göyçayda 18 metr/saniyə, Sabirabadda 17 metr/saniyə, Şəki, Yardımlıda 16 metr/saniyəyədək güclənib.

Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.4 metrə çatıb.

Havanın temperaturu: Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 7, Aran rayonlarında 14, dağlıq rayonlarda 4 dərəcəyədək isti olub.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti fevralın 6-sı günün ikinci yarısınadək davam edəcək

Follow us on social

Facebook Twitter Youtube

Related Posts