Tokio, 4 fevral , /AJMEDIA/
Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətindən AJMEDIA-ya verilən məlumata görə, fevralın 4-ü saat 17:00-a olan məlumata əsasən, qərb küləyinin maksimal sürəti İsmayıllıda saniyədə 22 , Şahdağ, Şəkidə 20, Şamaxı, Qobustan, Naftalanda 18, Tərtər, Yardımlıda 16, Bakıda və Abşeron yarımadasında 15 metrədək güclənib.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 9 dərəcəyədək, Naxçıvan Muxtar Respublikasında 7 dərəcəyədək, Aran rayonlarında 15 dərəcəyədək, dağlıq rayonlarda 3 dərəcəyədək isti olub.