Ölkə ərazisində hava əsasən yağmursuz keçəcək

Tokio, 4 noyabr , /AJMEDIA/

Azərbaycanda noyabrın 5-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AJMEDIA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər duman, az çiskin olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-16°, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 faiz olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi rayonlarda duman gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17°, gündüz 20-25° isti, dağlarda gecə 4-9°, gündüz 14-19° isti olacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts