“Ölkə viran qalıb, xalqımızın gələcəyi yoxdur” – Erməni KİV

Tokio, 4 yanvar , /AJMEDIA/

“2023-cü il Ermənistan üçün hər cəhətdən biabırçılıq oldu. Müharibədəki məğlubiyyət, böyük itkilər, xarici siyasətdə köklü dəyişkənlik ölkəni viran qoydu”.

AJMEDIA xəbər verir ki, bu barədə erməni nəşri olan “7or.am” saytında dərc olunan məqalədə bəhs edilir. Yazıda bildirilir ki, “Bütün bunlara baxmayaraq, Nikol baş nazir kürsüsündə qalmaqda davam edir. Bu iki fakt ötən ili biabırçılıq adlandırmaq üçün kifayətdir. Biabırçı il biabırçı şəkildə başa çatdı. Katolikos II Qareginin mesajı İctimai televiziyada yayımlanmadı. Bundan əlavə, Nikolun Yeni illə bağlı “Gələcək yoxdur” mesajı Ermənistan üçün bəladan xəbər verirdi”.

Nikol öz çıxışında ağlı başında olan hər kəsi ciddi narahat edən bir neçə söz işlətdi. Ancaq əvvəlcə nə deyildi? Nikolun çıxışından “Artsax” sözünü eşitmədik. O, praktiki olaraq “Artsax”ı itirdiyimiz üçün sevincini gizlətmədi. Demək istəyirdi ki, biz “Artsax”ı itirərək Ermənistanı tapdıq.

Nitqində istifadə olunan sözlərə gəlincə, bunlar “suverenlik”, “müstəqillik” və “üzr” idi. Bu o deməkdir ki, 2024-cü ildə Ermənistanın müstəqilliyi və suverenliyi ciddi təhlükə altındadır. “Bağışlayın” ifadəsi ucuz piar və sinizmin təzahürü idi. O, qeyri-adekvat çalarlarla üzr istədi, əsl üzr istəmək isə siyasətdən və dövlətin sükanı arxasından könüllü olaraq imtina etmək olardı. Bəlkə o zaman erməni xalqı onu bağışlayardı. Əks halda, o, öz gələcəyini dövlətin mövcudluğuna qarşı qoyur.

2024-cü il çətin il olacaq. Əgər Nikol suverenlikdən, müstəqillikdən danışırsa, deməli, ölkənin üstünə qara buludlar yığılır. Sülhdən danışsa, o zaman bizə müharibə gətirər. Nikol öz gönünü xilas etmək üçün müstəqilliyimizi, suverenliyimizi hərraca çıxardı. Ona görə də 2024-cü ildə erməni xalqının vəzifəsi Nikolun hakimiyyətdən uzaqlaşdırılması olacaq. Nikolun gələcəyi yoxdur, Nikolsuz gələcək var”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts