Ölkə tarixinin ən böyük intellektual turnirinə start verilir

Tokio, 15 aprel , /AJMEDIA/

Bilik və zəkasına güvənən gənclər “İntellektual Klubların Gənclər Liqası”nda iştirak etməyə dəvət olunur.

Azərbaycan Gənclər Fondundan AJMEDIA-ya bildiriblər ki, respublikanın 57 şəhər və rayonunu əhatə edəcək turnir iki ay ərzində üç mərhələli şəkildə həyata keçiriləcək.

İlkin mərhələdə qeydiyyatdan keçmiş komandalar yaşadıqları rayonlarda keçiriləcək dörd seçim turunda iştirak edəcək və qalib komandalar növbəti mərhələdə zona finallarında yarışacaqlar.

Zona qalibləri iyunun 11-12-də Bakıda keçiriləcək böyük final mərhələsində intellektual güclərini sınayacaq.

Turnir çərçivəsində “Nə? Harada? Nə zaman?”, “Kviz”, “Breyn-Rinq” və “Erudit Kvartet” oyunlarının təşkil olunacaq. Ümumilikdə 6 mindən çox gəncin əhatə olunması planlaşdırılan “İntellektual Klubların Gənclər Liqası”na qatılmaq arzusunda olan şəxslər Link: https://genc.az/intellektual-klublarin-gənclər-liqasi/ linki və ya GəncApp mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Son müraciət tarixi aprelin 28-dir.

Turnir Azərbaycan gənclər siyasətinin prioritet istiqamətlərindən olan gənclərin intellektual potensialının inkişafı, onların asudə vaxtlarının faydalı təşkili, eyni zamanda, Prezident İlham Əliyev tərəfindən elan edilən “Şuşa İl”i çərçivəsində Qarabağımızın, xüsusilə də mədəniyyət beşiyimizin zəngin irsi haqqında gənclərin maarifləndirilməsidir.

“İntellektual Klubların Gənclər Liqası” Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi), “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və “Badamlı” şirkətinin tərəfdaşlığı ilə həyata keçirilir. Turnirə media dəstəyi “ARB media qrupu” tərəfindən təmin ediləcək.

“Facebook” sosial şəbəkəsində yaradılmış qrupa qoşularaq turnirə dair ən son yeniliklərdən məlumat almaq mümkündür.

https://www.facebook.com/groups/801588220281994

Follow us on social

Facebook Twitter Youtube

Related Posts