Odessanın liman infrastrukturuna dronlarla zərbə endirilib, dağıntılar var

Tokio, 3 sentyabr , /AJMEDIA/

Rusiya qoşunları bu gecə, sentyabrın 3-də İran istehsalı “Şahed” kamikadze dronlarının köməyi ilə Odessa vilayətində liman infrastrukturuna hücum edib. Ümumilikdə, 25 dron hücumu həyata keçirilib.

AJMEDIA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

“Rusiya ordusu cənub və cənub-şərqdən Şahed-136/131 PUA-ları ilə bir neçə hücum dalğası həyata keçirib. Kamikadze dronlarının 22-si Ukrayna Müdafiə Qüvvələrinin digər komponentlərinin hava hücumundan müdafiəsi ilə birlikdə Hərbi Hava Qüvvələrinin qüvvə və vasitələri tərəfindən məhv edilib”, – deyə məlumatda bildirilir.

Dron hücumları nəticəsində liman infrastrukturuna zərər dəyib, yanğın baş verib. İlkin məlumata görə, 2 mülki şəxs yaralanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts