Nyu-Yorkda azərbaycanlı və əcnəbi gənclər bir araya gəlib

Tokio, 1 avqust , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Nyu-Yorkda azərbaycanlı və əcnəbi gənclər bir araya gəlib
ABŞ-ın Nyu-York şəhərinin Bruklin inzibati dairəsində azərbaycanlı, amerikalı və əcnəbi gənclərin birgə düşərgəsi təşkil olunub.

Azərbaycan-Amerika Gənclər Federasiyasının təşkilatçılığı ilə məşhur Bruklin körpüsü ətrafında baş tutan düşərgədə Nyu-York şəhərində təhsil alan tələbələr, məzunlar və hazırda peşə ixtisasları üzrə çalışan gənclər iştirak ediblər.

Federasiyanın rəhbəri Günay Məmmədovanın sözlərinə görə, təşkilatın ilk tədbiri azərbaycanlı gənclər arasında ilkin şəbəkələşməni təmin etmək, eləcə də ABŞ və Azərbaycan gəncləri arasında əlaqə yaratmaq məqsədilə təşkil edilib. Düşərgə zamanı gənc soydaşlarımızın Kolumbiya Universitetinin amerikalı və əcnəbi tələbələri ilə mədəni mübadiləsi aparılıb. Yerli və əcnəbi tələbələrə Azərbaycan və qonşu ölkələrin mətbəx nümunələri təqdim edilib.

Qeyd edək ki, Azərbaycan-Amerika Gənclər Federasiyası 2023-cü ilin iyul ayında ABŞ-da rəsmi qeydiyyatdan keçib. Təşkilatın başlıca məqsədi ABŞ-da yaşayan gənclərin səmərəli fəaliyyət göstərməsinə nail olmaq, onların akademik, peşəkar və şəxsi inkişafına töhfə vermək, Azərbaycan mədəniyyəti və milli-mənəvi dəyərlərini, eləcə də ölkəmizin həqiqətlərini yerli ictimaiyyətə çatdırmaqdır

Follow us on social

Facebook Twitter Youtube

Related Posts