Nüfuzlu “Eurasia Review” nəşrinin saytında Prezident İlham Əliyevin İtaliyaya səfəri ilə bağlı məqalə yayımlanıb

Tokio, 10 sentyabr, /AJMEDIA/

Nüfuzlu “Eurasia Review” nəşrinin saytında məşhur siyasi şərhçi Piter Teysin “İtaliya Azərbaycanla strateji əməkdaşlığı gücləndirir” sərlövhəli məqaləsi dərc olunub.

AJMEDIA xəbər verir ki, materialda müəllif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu dövlətin başçısı Sercio Mattarellanın dəvəti ilə bu yaxınlarda İtaliyaya etdiyi səfərdən bəhs edir.

Məqalədə bildirilir ki, son onillikdə Azərbaycan və İtaliya strateji tərəfdaşlıq formalaşdırıblar, iqtisadi, ticarət və siyasi əməkdaşlıq isə ən yüksək səviyyəyə çatıb. “İndi isə İtaliya və Azərbaycan, şübhəsiz ki, zamanın sınağına tab gətirəcək strateji ittifaq yaradıblar”, – deyə P.Teys yazır.

Müəllif səfər zamanı imzalanmış memorandumları və digər sənədləri qeyd edir.

O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevdən sitat gətirir: “Uzun illər ərzində Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Müvafiq bəyannamə təqribən 10 il əvvəl qəbul edilib. Bizim əməkdaşlığımız bir çox sahəni əhatə edir. Bizim müntəzəm siyasi təmaslarımız var. Bu, 2020-ci ildən bəri mənim İtaliyaya 3-cü səfərimdir. Prezident Mattarella 2018-ci ildə Azərbaycana səfər etmişdir. Yüksək səviyyəli siyasi təmaslarımız bizim yaxın siyasi tərəfdaş olduğumuzu nümayiş etdirir”.

Teys Romada keçirilən İtaliya-Azərbaycan dəyirmi masasına da toxunub. Tədbir İtaliyanın Müəssisələr və “Made in Italy” Nazirliyi, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və İtaliya Sənaye Konfederasiyasının (“Confindustria”) birgə təşkilatçılığı ilə təşkil olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts