Tokio, 16 mart , /AJMEDIA/
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli kitabxana filialının böyük kitabxanaçısı Afət Ağayeva Azərbaycanın ən qədim və ən kütləvi ümumxalq bayramlarından biri Novruz bayramı və İlaxır çərşənbə mərasimlərindən bəhs edən videoçarx hazırlayıb.
Baş İdarədən AJMEDIA-ya bildirilib ki, videoçarxda Novruz bayramının və çərşənbələrin mahiyyəti, bayramla bağlı adət-ənənələr haqqında məlumat verilib.
Videoçarxda Novruz bayramının demək olar ki, Azərbaycanla yanaşı bütün Şərqdə, xüsusilə də, Mərkəzi Asiyada, İran, Pakistan, Türkiyə, Qazaxıstan, Tacikistan, Özbəkistan, Türkmənistan və Qırğızıstanda xüsusi təntənə ilə qeyd olunduğu vurğulanıb.