Novruz bayramı ilə bağlı vətəndaşların fikirlərini öyrənmək məqsədilə sorğu keçirilib

Tokio, 20 mart , /AJMEDIA/

Media Təhlil Mərkəzi (MTM) Novruz bayramı ilə bağlı vətəndaşların fikirlərini öyrənmək məqsədilə sorğu keçirib.

AJMEDIA xəbər verir ki, sorğuda iştirak edən 811 respondentin 56 faizini qadınlar, 44 faizini isə kişilər təşkil edib.

Sorğunun nəticələrinə əsasən məlum olub ki, respondentlərin 83 faizi Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərini evdə keçirməyi planlaşdırır. Cavab verənlərin 10 faizi bölgələrə səfər edəcəyini, 2 faizi bayram tətilini ölkə xaricində keçirəcəyini qeyd edib. Sorğu iştirakçılarının 5 faizi qeyri-iş günləri ilə bağlı fərqli planlar qurub.

“Novruz bayramının hansı adət-ənənələrini (ailənizlə) yerinə yetirəcəksiniz?” sualına cavablandırarkən bir neçə variant seçmək imkanına malik olan respondentlərin fikirləri aşağıdakı kimi olub.

Süfrə bəzəmək – 65 faiz,

Bayram şirniyyatları bişirmək – 52 faiz,

Tonqaldan tullanmaq – 46 faiz,

Papaq atmaq – 21 faiz,

Qonaq getmək, qəbul etmək – 23 faiz,

Digər – 6 faiz,

Respondentlər sorğu vasitəsilə Novruz bayramında hansı tədbirlərin təşkil olunması ilə bağlı təkliflərini də bildiriblər. Belə ki, cavab verənlərin 37 faizi bayramla əlaqədar xeyriyyə yarmarkalarının təşkil edilməsini, 23 faizi azad olunmuş ərazilərdə bayram tonqallarının yandırılmasını, 15 faizi uşaqlar üçün bayram şənliklərinin, 13 faizi isə parklarda konsert proqramlarının keçirilməsini məqbul sayıb. Sorğu iştirakçılarının 12 faizinin bayram istəkləri fərqli olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts