Nobel sülh mükafatına iranlı hüquq müdafiəçisi layiq görülüb

Tokio, 6 oktyabr , /AJMEDIA/

İranlı hüquq müdafiəçisi və “İnsan hüquqları müdafiəçiləri” mərkəzinin vitse-prezidenti Nərgiz Mohammadi Nobel sülh mükafatına layiq görülüb.

AJMEDIA xəbər verir ki, laureat hazırda həbsxanada cəza çəkir.

Norveç Nobel Komitəsinin məlumatına görə, Nərgiz Mohammadi mükafata İranda qadınların hüquqlarının pozulmasına qarşı mübarizədə səylərinə görə layiq görülüb. Mükafat, həmçinin “Qadın-Həyat-Azadlıq” şüarı ilə İranda qadınların hüquqlarının pozulmasına etiraz edən yüz minlərlə iranlıya həsr edilib.

Nərgiz Mohammadi ölkədə ölüm hökmünün ləğvinə çalışan hüquq-müdafiə təşkilatına rəhbərlik etdiyinə görə 2016-cı ildə 16 il həbs cəzasına məhkum olunub. 2020-ci ildə azadlığa buraxılan qadın 2021-ci ildə yenidən həbs edilərək Tehrandakı Evin həbsxanasına salınıb.

2023-cü il üçün mükafatın məbləği 11 milyon Norveç kronudur (milyon dollardan bir qədər az).

Follow us on social

Facebook Twitter Youtube

Related Posts