Nobel mükafatı laureatı Əziz Sancar AMEA-da elektron xidmətlər sahəsində görülmüş işlərlə tanış olub

Tokio, 31 may , /AJMEDIA/

Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, ABŞ-ın Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin professoru, dünya şöhrətli alim Əziz Sancar AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin əməkdaşları ilə görüşüb.

AJMEDIA xəbər verir ki, görüşdən öncə dünya şöhrətli alim AMEA-TÜBİTAK Koordinasiya Mərkəzinə baxış keçirib, mərkəzin xatirə dəftərinə ürək sözlərini yazan ilk qonaq olub.
Sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Akademiyada gedən yeniləşmə prosesi, elektron xidmətlər, süni intellekt və rəqəmsal texnologiya sahəsində görülən işləri, dünya təcrübəsinin öyrənilməsi istiqamətində atılan addımları diqqətə çatdırıb.

Daha sonra AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov rəhbərlik etdiyi şöbənin fəaliyyətinə dair məlumatları təqdim edib. AMEA-da nəşr olunan jurnalların elektron səhifələrinin hazırlanması, jurnalların beynəlxalq elmi bazalara daxil edilməsi, “Google Scholar” və digər akademik elmi platformalarda görülən işlər, Akademiyanın elmi müəssisə və təşkilatlarında yaradılmış “Vikipediya” qruplarının fəaliyyətindən danışıb. Həmçinin “Elektron Akademiya” şöbəsinin əməkdaşı Anar Nəbiyevin hazırladığı “Humanoid SUFİ” (Sözlərin Universal Funksionallıqla İşlənilməsi) robotu haqqında məlumat verilib.

Sonda xatirə şəkli çəkilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts