Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar “Nizami ölməzliyi” adlı videoçarx hazırlanıb

Tokio, 18 Sentyabr, /AJMEDIA/

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar “Nizami ölməzliyi” adlı videoçarx hazırlayıb.

İdarədən AJMEDIA-ya bildirilib ki, dahi şairin ömür yolu və yaradıcılığından bəhs edən videoçarx kitabxananın sosial hesablarında oxuculara təqdim edilib.

Videoçarxda qeyd edilir ki, qədim Gəncədə dünyaya göz açan Azərbaycan şairi, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nizami ömrü boyu bu şəhərdə yaşayıb. Nizami təhsilini Gəncə mədrəsələrində alıb. Ərəb və fars dillərini mükəmməl bilib. Onun lirik şeirlərində zülmə, haqsızlığa, ədalətsizliyə dərin nifrət və etiraz var idi. Nizami Gəncəvi lirik şeirlərin, “Xəmsə” (“Beşlik”) adı ilə məşhur olan “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə” poemalarının müəllifidir. Nizami Gəncəvidən sonra Şərqin bir çox böyük şairləri onun təsiri ilə “Xəmsə”lər yazıb. Xalqımız Nizaminin xatirəsini məhəbbətlə yad edir. Bakıda və Gəncədə Nizaminin abidəsi ucaldılıb. 1947-ci ildə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 750-ci ildönümünə həsr edilən Nizami məqbərəsi tikilib. Məqbərənin yaxınlığında ölməz şairin yaratdığı əsərləri tərənnüm edən tunc abidə ucalır. 2012-ci il aprelin 20-də Heydər Əliyev Fondunun dəstəyi ilə İtaliyanın paytaxtı Roma şəhərindəki məşhur “Villa Borghese” parkında Nizami Gəncəvinin abidəsi açılıb.

Vurğulanıb ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, bu il ölkəmizdə dahi şair, böyük mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar “Nizami Gəncəvi İli” elan olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts