Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Səudiyyə Ərəbistanında Ali Səviyyəli Toplantısı keçiriləcək

Tokio, 18 may , /AJMEDIA/

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Səudiyyə Ərəbistan Krallığında Ali Səviyyəli Toplantısı baş tutacaq.

Bu barədə AJMEDIA-ya Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Ali Səviyyəli Toplantı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Kral Faysal Araşdırma və İslami Tədqiqatlar Mərkəzi və BMT-nin Sivilizasiyalar Alyansı ilə birgə əməkdaşlığı çərçivəsində “Dəyişən dünyada Yaxın Şərq: Qeyri-müəyyənliklər, risklər və imkanlar” mövzusunda keçiriləcək.

Mayın 19-20-də baş tutacaq tədbirdə dünyanın 10-dan çox ölkəsindən 100-ə yaxın qonaq iştirak edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts