Tokio, 21 iyun , /AJMEDIA/
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradov BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos və BMT Baş Assambleyasının 77-ci prezidenti Ksaba Korosi ilə görüşlər keçirib.
Mərkəzdən AJMEDIA-ya bildiriblər ki, görüş zamanı BMT-nin Baş katibi Antonio Quterreş ilə “Ümumi Gündəliyimiz: Multilateralizmin yenidən işə salınması” mövzusunda keçirilən Ali Səviyyəli toplantının nəticələri, Mərkəzin BMT-nin 78-ci Baş Assambleyası çərcivəsində təşkil edəcəyi Ali Səviyyəli toplantı və 2024-cü ildə keçiriləcək XI Qlobal Bakı Forumu ilə bağlı məsələlər müzakirə edilib.
BMT Baş Assambleyasının prezidenti ilə görüşdə “Nizami ili” çərçivəsində Mərkəz tərəfindən nəşr edilən “Qələmin Sehri”- Nizami Gəncəvinin “Xəmsə”sindən seçilmiş əlyazmalar kitabının xüsusi nüsxəsi təqdim olunub.