Tokio, 19 noyabr , /AJMEDIA/
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Cenevrədə XI Qlobal Bakı Forumuna və XXVII Ali Səviyyəli Toplantıya hazırlıq məqsədi ilə görüşlər keçirir.
Bu barədə AJMEDIA-ya Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradov məlumat verib.
Bildirilib ki, Mərkəzin Baş Katibliyi tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru cənab Tedros Adhanom Qebreyesus, BMT Cenevrə Ofisinin Baş direktoru xanım Tatiana Valovaya, UNAIDS-in icraçı direktoru və Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini xanım Vinni Byanyima ilə keçirilən görüşlərdə BMT Baş Assambleyası çərçivəsində keçirilən Ali Səviyyəli Toplantısının əhəmiyyəti, Mərkəzin üzvlərinin verə biləcəyi töhfələr, XI Qlobal Bakı Forumuna hazırlıq, Mərkəzin Cenevrədə təşkil edəcəyi XXVII Ali Səviyyəli toplantısı və Braziliyada keçiriləcək “Böyük İyimiliy”in Sammitində mərkəzlə keçiriləcək toplantılar müzakirə edilib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi fəaliyyətdə olduqu 11 il ərzində BMT strukturuna daxil olan Ümumdünya Səhiyyə Təşkilatı, UNİDO, Beynəlxalq Atom Enerjisi Agentliyi, BMT Qadın, BMT Sivilizasiyalar Alyansı, BMT HİV/AİDS, Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq Miqrasiya Təşkilatı, Ümumdünya Kənd Təsərrüfatı Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə sıx əməkdaşlıq qurub.