Nikol Paşinyanın helikopteri təcili eniş edib

Tokio, 25 may , /AJMEDIA/

Ermənistanın baş naziri Nikol Paşinyanı Taşir bölgəsinə aparan helikopter “Vandzora” stadionuna təcili eniş edib.

AJMEDIA xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin ailəsinə məxsus “Aykakan jamanax” portalı məlumat yayıb.

Bildirilir ki, baş naziri aparan helikopter əlverişsiz hava şəraiti səbəbindən təcili eniş etməli olub.

Baş nazir və digər rəsmi şəxslər heç bir xəsarət almayıblar.

N.Paşinyan xalqa müraciət edərək deyib: “Hər şey qaydasındadır və biz yolumuza avtomobillərlə davam edirik”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts