Niderland- Belçika Azərbaycanlıları Koordinasiya Şurasının yeni koordinatoru seçilib

Tokio, 04 iyun, /AJMEDIA/

Niderland Krallığının paytaxtı Amsterdam şəhərində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin bu ölkədəki Azərbaycan icması ilə görüşü keçirilib.

AJMEDIA xəbər verir ki, görüşdə Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının ötənilki fəaliyyəti müzakirə olunub və fikir mübadiləsi aparılıb. Görüş çərçivəsində Koordinasiya Şurası üçün yeni koordinator seçkisi keçirilib.

Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevar Mammadov qarşıdan gələn iki il müddətinə Koordinasiya Şurasının koordinatoru seçilib.

Qeyd edək ki, Koordinasiya Şurası Azərbaycan diasporunun əlaqələndirilməsi, birliyinin möhkəmləndirilməsi və birgə fəaliyyətin təşkili baxımından mühüm rol oynayır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts