“Neftçi”nin qadın basketbol klubu Azərbaycan çempionu olub

Tokio, 30 may , /AJMEDIA/

Azərbaycan Qadınlar Liqasında (AQL) final və 3-cü yer uğrunda görüşlər keçirilib.

AJMEDIA xəbər verir ki, Azərbaycan Texniki Universitetinin idman zalında təşkil olunan həlledici görüşlərdə əvvəlcə 3-cü yer uğrunda qarşılaşma baş tutub.

“Qaradağ” və “Xırdalan” klubları arasında oynanılan matç ikincilərin 51:49 hesablı çətin qələbəsi ilə yekunlaşıb.

Final oyununda isə “Neftçi” və “Azstars” klubları üz-üzə gəliblər. Oyunun əvvəlindən üstünlüyü ələ keçirən “ağ-qaralar” sonda böyük hesablı qələbəyə sevinib – 93:29.

Final matçının ən dəyərli basketbolçusu (MVP) “Neftçi” klubundan Angelina İsmayılova seçilib. Bununla da “Neftçi” klubu pley-off sistemi ilə keçirilən ilk mövsümdə çempion kimi tarixə düşüb.

Sonda qaliblər federasiya rəsmiləri tərəfindən kubok və medallarla təltif olunublar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts