Tokio, 19 yanvar , /AJMEDIA/
“Neftçi”nin iki futbolçusu “Turan Tovuz”a keçib.
Tovuz klubundan AJMEDIA-ya verilən məlumata görə, İsmayıl Zülfüqarlı və Fərid Yusifli mövsümün sonunadək bölgə təmsilçisinin şərəfini qoruyacaq.
Hər iki oyunçu yeni komandasında icarə əsasında çıxış edəcək.