Tokio, 15 fevral , /AJMEDIA/
Bakının “Neftçi” klubu futbolçusu Gilyerme Pato ilə vidalaşıb.
AJMEDIA klubun rəsmi saytına istinadla məlumat verir ki, braziliyalı hücuma meyilli yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, 2022-ci ilin yanvarında “Neftçi”yə transfer olunmuş 23 yaşlı vinger bu müddət ərzində 32 rəsmi oyunda meydana çıxıb, 2 qola imza atıb. Onun ölkəsinin “Figeyrense” klubuna keçəcəyi gözlənilir.