Nazir Zaqatalada vətəndaşları qəbul edəcək

Tokio, 6 avqust , /AJMEDIA/

Elm və təhsil naziri Emin Əmrullayev avqustun 30-da Zaqatala rayonunda vətəndaşları qəbul edəcək.
Nazirlikdən AJMEDIA-ya bildirilib ki, qəbulda Zaqatala, Şəki, Oğuz, Qəbələ, Qax və Balakən rayonlarının sakinləri iştirak edə bilərlər.
Adları qeyd olunan rayonların sakinləri avqustun 15-i saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Eləcə də nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.
Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edə biləcəklər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts