Nazir Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb

Tokio, 3 may , /AJMEDIA/

Mayın 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən AJMEDIA-ya bildiriblər ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun mayın 4-5-də Bancul şəhərində keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci İslam Sammitində iştirakı və çıxışı, habelə bir sıra yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts