Nazir: Bu il proqnozlaşdırılan qaz ixracının yarısı Avropaya tədarük ediləcək

Tokio, 5 iyun , /AJMEDIA/

30 ildən sonra bizim məqsədimiz dəyişməz olaraq qalır – regionda və onun hüdudlarından kənarda enerji təhlükəsizliyini və davamlı inkişafı təmin etmək.

AJMEDIA xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Avropaya illik qaz tədarükü son 3 ildə 8,2 milyard kubmetrdən 12 milyard kubmetrə yaxın artıb.

“Trans-Adriatik Boru Kəmərinin 2026-cı ilə qədər 1,2 milyard kubmetr genişləndirilməsi artıq ötürmə qabiliyyətinin daha da artırılması üzrə davam edən müzakirələrlə təsdiqlənib”, – deyə nazir vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts