Nazir: Biz çox cazibəli investisiya layihələri təqdim edə bilərik

Tokio, 27 iyun , /AJMEDIA/

Azərbaycan startaplar üçün hab rolunu oynaya bilər. Biz çox cazibəli investisiya layihələri təqdim edə bilərik. Həmçinin biz yeni kontekstə açıq olmalıyıq. Daha çox investisiya və ideyalar cəlb etməliyik.

AJMEDIA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Baku ID” (Baku İnvestment Day) investisiya festivalının açılışında deyib.

Nazir bildirib ki, Azərbaycan hazırda yaşıl enerji sahəsində regionun liderinə çevrilir. Bu, işğaldan azad olunmuş ərazilərimizin regionda yeni kontekstdə fəaliyyətə başlaması ilə bağlıdır. “İlk dəfədir ki, Cənubi Qafqazın əməkdaşlıq edə biləcəyini düşünürəm. COP29 prosesi göstərdi ki, biz birlikdə işləməyə qadirik. Düşünürəm ki, Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya arasında təbii körpüdür. Hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində də yaşıl enerji sahəsində bir sıra böyük layihələr həyata keçirilir. Həmçinin Xəzər dənizinin problemlərinin həlli istiqamətində bir sıra işlər görülür. Bunlar hamısı ölkəmizin yaşıl enerjiyə keçidini sürətləndirir”, – deyə Mikayıl Cabbarov əlavə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts