Tokio, 16 iyun , /AJMEDIA/
Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin Kəhrizlər İdarəsi tərəfindən Kəngərli rayonunun Təzəkənd kəndində yerləşən “Kalba Rüstəm” kəhrizi təmir olunub.
Agentliyin mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, kəhrizin təmirdən əvvəl su sərfi olmadığı halda, təmirdən sonra 4 litr/san təşkil edir. Təmir zamanı kəhriz kürələri uçqunlardan və lil töküntülərdən təmizlənib, quyularda olan uçqunlar bərpa olunub, 5 metr yeni saybənd divar hörülərək suya sərbəst axın verilib.