Tokio, 11 aprel , /AJMEDIA/
Batabatda qaya uçqunu olub.
AJMEDIA xəbər verir ki, bu barədə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, muxtar respublika ərazisində güclü yağan yağışlar nəticəsində Batabat avtomobil yolunun 17-ci km- də qaya uçqunu baş verib. Nəticədə iri qaya parçaları aşaraq hərəkətin məhdudlaşmasına səbəb olub.
Qeyd edilib ki, dərhal əraziyə agentliyin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub.
Qısa müddət ərzində qaya parçaları ərazidən uzaqlaşdırılıb və sözügedən yolla rahat, təhlükəsiz hərəkət təmin edilib.